SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirildi

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirildi

  • 26 oktyabr 2025, 18:23
Naxçıvan

Bu gün Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Yurd.Media-ya bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhəri, M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə təşkil edilib.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 10 nəfər iştirak edib. 9 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Prime Leasing