Bazar günü Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.