Novruz bayramı ərəfəsində süfrələri bəzəyən əsas nemətlərdən biri də müxtəlif növ çərəzlər olub.
Yurd.Media xəbər verir ki, bayram günlərində tələbatın artması ilə qiymətlərin yüksəlməsi müşahidə edilsə də, bayramdan sonra bazarda vəziyyətin necə dəyişdiyi alıcıların diqqət mərkəzindədir.
Satıcılar AzTV-yə bildirirlər ki, hazırda çərəzlərin satış qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb. Əksər çərəz növləri bayram öncəsi qiymətlərlə təklif olunur. Bununla belə, bəzi xurma növlərində cüzi ucuzlaşma müşahidə edilir.
Alıcılar isə bildirirlər ki, bazarlarda və satış nöqtələrində qiymətlərdə nəzərəçarpacaq enmə hiss olunmur. Onların fikrincə, çərəzlər əsasən bayram məhsulu hesab olunsa da, ilboyu istifadə edildiyi üçün qiymətlər sabit qalır.