SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur

“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur

  • 29 yanvar 2026, 10:32

“Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-nə nəzarət edən “Azbizneskom” MMC yenidən təşkil olunduğunu elan edib. 

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Məlumata görə, buna səbəb “Top Properties Əmlak” MMC-nin (VÖEN: 1407520511) fəaliyyətinə xitam verilərək ona qoşulmasıdır. 

Xatırladaq ki, həmi şirkət bir qədər əvvəl “Top Properties” MMC-dən tərkibindən ayrılma nəticəsində yaradılıb. 2-ci də “Bank Avrasiya”da 49,5 % paya malikdir. Başqa sözlə, bankın bir səhmdarından ayrılma nəticəsində yaradılmış “Top Properties Əmlak” digər səhmdara birləşdirilir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları