SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Balakəndə kanat yolu üçün AYNA 10 milyon manatdan çox xərcləyəcək

Balakəndə kanat yolu üçün AYNA 10 milyon manatdan çox xərcləyəcək

  • 08 dekabr 2025, 15:42

Balakəndə kanat yolu üçün  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA 10 milyon manatdan çox xərcləyəcək.

Yurd.Media "İqtisadiyyat.az"ə istinadən xəbər verir ki, AYNA Balakən rayonunda kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına ilə bağlı "Archico" şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına 10 421 760 manat sərf olunacaq.

Daha əvvəl isə AYNA layihələndirmə işlərinin icrasını "ArchiCO Project" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, kanat xəttinin layihələndirilməsinin maliyyə dəyəri 1 209 500 manat olub.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin may ayında Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.

Prime Leasing
SPE Annual Caspian