SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıdan Qubaya işləməyə gedən fəhlələri cərəyan vurdu: Ölən var

Bakıdan Qubaya işləməyə gedən fəhlələri cərəyan vurdu: Ölən var

  • 14 may 2025, 14:25
Quba
Qubada iki nəfəri elektrik cərəyanı vurub. Yurd.Media-nın məlumatına görə, hadisə Əski İqriq kəndinin ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mercedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub. Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.