SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda veloyürüş keçirilib

Bakıda veloyürüş keçirilib

  • 21 sentyabr 2025, 12:11
Bakı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Bakıda veloyürüş təşkil olunub.

AzVİF-dən Yurd.Media-ya verilən məlumata görə, "Avropa Mobillik Həftəsi" çərçivəsində keçirlən yürüş Şəhidlər Xiyabanından start götürərək velosiped zolağı boyunca davam edib və Hüseyn Cavid parkında yekunlaşıb.

Tədbirdə 40-a yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.

Veloyürüşün əsas məqsədi paytaxt sakinləri arasında ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedin istifadəsini təşviq etmək və ətraf mühitin mühafizəsinə diqqəti artırmaqdır. Yürüşün sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Prime Leasing