SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakıda qurbanlıq heyvan bazarlarında alıcı axını - FOTOREPORTAJ

Bakıda qurbanlıq heyvan bazarlarında alıcı axını - FOTOREPORTAJ

Bakı

Qurban bayramı münasibətilə ölkənin müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda qurbanlıq heyvanlar kəsilir.

Yurd.Media Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaratdığı qurbanlıq heyvan satışı və kəsimi məntəqəsinə baş çəkib. Məntəqədə xeyli sıxlıq nəzərə çarpıb, satıcılar alıcı sayının kifayət qədər çox olduğunu bildiriblər.

Qeyd edək ki, qurbanlıq heyvanların satışı və kəsiminin sağlam, rahat şəraitdə aparılması üçün bu il Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə miqyasında 134 ünvanda müvafiq xidmətlər təşkil edilib. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçirilmiş və sanitar-gigiyenik normalara uyğun kəsilmiş qurbanlıq heyvanlar vətəndaşlara təqdim olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları