SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
BakuBusın Bakıda sərnişindaşıma zərəri 50 milyon manatı keçib

"BakuBus"ın Bakıda sərnişindaşıma zərəri 50 milyon manatı keçib

  • 09 iyun 2026, 15:13

Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin 50 milyon manatı keçib.

Yurd.Media "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində istinadən xəbər verir ki, ötən il "BakuBus" MMC-yə dövlət büdcəsindən ümumilikdə 100 milyon manat vəsait ayrılıb.

Qanun layihəsinə əsasən, hesabat ilində "BakuBus" Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları