SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakıda Novruz bayramı ilə əlaqədar “Qazax yurta”ları quruldu

Bakıda Novruz bayramı ilə əlaqədar “Qazax yurta”ları quruldu

Bakı

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdimatı ilə bağlı Dənizkənarı Milli Parkda “Qazax yurta”ları qurulub.

Yurd.Media xəbər verir ki, tədbirin açılışında çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel hazırda Novruzun ölkəsinin bütün bölgələrində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu bayram Bakıda da xüsusi konsept əsasında təşkil olunub.

Alim Bayel vurğulayıb ki, Novruz yenilənmənin, baharın və birliyin rəmzidir. Bu bayram Türk dünyasında həmrəyliyin və əməkdaşlığın güclənməsinə töhfə verir. Eyni zamanda, Ramazan bayramının da Azərbaycan və Qazaxıstan xalqları üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran diplomat, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb.

Tədbir çərçivəsində qonaqlara qazax milli mətbəxinə aid təamlar təqdim olunub, milli oyunlar və müsabiqələr təşkil edilib.

Eləcə də, uşaqlar və böyüklər üçün master-klasslar, milli oyunlar və əyləncələr keçirilib, qonaqlar üçün xatirə hədiyyələri təqdim olunub.

Qazaxıstanın mədəniyyətini, ənənələrini və qonaqpərvərliyini əks etdirən isti bayram ab-havasında keçən tədbir konsert proqramı ilə davam edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları