Bakıda məktəbdə pul yığılması ilə bağlı araşdırma başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinədən Yurd.Media-ya bildirilib ki, Bakıdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən müəllimlərdən vəsait toplanması iddiası araşdırılır.
Qurumdan bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:
"Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib".