SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Naxçıvanda 11 milyon manatlıq layihələrlə cəmi 298 yeni iş yeri açılacaq

Naxçıvanda 11 milyon manatlıq layihələrlə cəmi 298 yeni iş yeri açılacaq

  • 21 oktyabr 2025, 22:29
Naxçıvan

Naxçıvanda cari ilin 114 layihənin maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb ki, bunun hesabına 298 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Yurd.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2025-ci ilin yanvar–sentyabr ayları ərzində sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin maliyyələşdirilməsi üzrə fəaliyyətini davam etdirib.

Fonddan verilən məlumata görə, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 oktyabr 2024-cü il tarixinə 5,6 milyon manatdan 2025-ci il 1 oktyabr tarixinə 2,7 milyon manat və ya 1,9 dəfə azalaraq 2,9 milyon manata endirilib.

Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 2025-ci ilin 9 ayı ərzində 7,7 milyon manatının geri qaytarılması təmin edilib.

Prime Leasing