Bakının 14 saylı orta məktəbdə 8 şagirdin zəhərlənməsi baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Yurd.Media-ya bildirilib ki, bugün saat 9-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.
Məlumatda qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına beş nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən birinə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər yeddi pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
İlkin ehtimala görə zəhərlənmənin saqqızdan baş verdiyi bildirilir.