SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda klassik avtomobillərin sərgisi keçirilib

Bakıda klassik avtomobillərin sərgisi keçirilib

  • 17 may 2025, 17:30
Bakı

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi keçirilib.

Yurd.Media xəbər verir ki, sərgi paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək “Sürətin evolyusiyası” layihəsi çərçivəsində keçirilib.

Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.

Sərgi səhər saatlarından axşam 19-dək nəzərdə tutulub və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayıb.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunub.

Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.

Qeyd edək ki, mayın 18-də “Sürətin evolyusiyası” sürət avtomobillərinin və “Supercar”ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.