Bakıda kafedə qaz borusunda ani alışma nəticəsində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Partlayış nəticəsində xəsarət alanlar Yanıq Mərkəzinə hospitalizasiya olunub.