SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda çoxmərtəbəli binada yanğın, 5 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli binada yanğın, 5 nəfər təxliyə edilib

  • 28 sentyabr 2025, 15:34

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-ü uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Prime Leasing