İrandan gətirilən konfetlərin son istifadə tarixində uyğunsuzluq aşkarlandi.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, İran İslam Respublikasından Nuru Adəm oğlu Yaqubovun tərəfindən idxal edilən "Achachi Amesteris" əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb.
Laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

