SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Din xadimlərinin II Forumu keçiriləcək

Din xadimlərinin II Forumu keçiriləcək

  • 10 dekabr 2025, 16:37
Bakı

Bakıda dekabrın 24-də Din Xadimlərinin II Forumu keçiriləcək.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunacaq Forumun əsas mövzusu “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” olacaq.

Tədbirdə konstitusiyanın dəyərləri əsasında dövlət-din münasibətlərinə, dini tolerantlıq və multikultural mühitin möhkəmləndirilməsinə dair məsələlər müzakirə ediləcək.

Forumda Azərbaycanın din xadimləri ilə yanaşı, müxtəlif ölkələrdən – o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan və digər müsəlman dövlətlərindən gəlmiş nümayəndələr, dini qurumların rəhbərləri və rəsmi şəxslərin iştirakı gözlənilir.

Tədbirdən bir gün əvvəl iştirakçılar Şəhidlər xiyabanı və Heydər Əliyev Mərkəzini ziyarət edəcək, “Heydər” məscidində cümə namazında iştirak edəcək, həmçinin Azərbaycan Dağ yəhudiləri sinaqoqu və Rus Pravoslav Kilsəsinə səfərlər planlaşdırılıb.

Prime Leasing
SPE Annual Caspian