SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda bu marşrut xəttinin də avtobusları yenilənir

Bakıda bu marşrut xəttinin də avtobusları yenilənir

  • 27 sentyabr 2025, 23:32

Bakının Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Yurd.Media-ya bildirilib ki, sentyabrın 28-dən sərnişinlərin xidmət göstərəcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Prime Leasing