SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda 400 ədəd Çezalpiniya kolu əkildi

Bakıda 400 ədəd Çezalpiniya kolu əkildi

  • 04 oktyabr 2025, 19:13
Bakı

Bugün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Həmçinin, gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya kolu əkilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

Prime Leasing