“Bakı Metropoliteni” QSC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nicat Qurbanov QSC-nin Risklərin idarə edilməsi və uyğunluq şöbəsinin rəisi təyin edilib.
Bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Nicat Qurbanov bundan əvvəl Abşeron Logistika Mərkəzində Biznes prosesləri meneceri vəzifəsində işləyib.
Daha əvvəllər "Port Baku"da, "ABB", "Atabank"da çalışıb.
Nicat Qurbanov