“Bədən Tərbiyəsi və İdman Veteranları” İctimai Birliyində yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı birlik tərəfindən 2025-ci ilin maliyyə hesabatları müvafiq quruma təqdim edilmədiyi məlum olub.
İctimai Birlik barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Bədən Tərbiyəsi və İdman Veteranları” İctimai Birliyi 1500 manat məbləğində cərimə edilib.