Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-nin müəssisələrindən olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinə (EİM) yeni Baş mühasib təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifə Azər Səmədova həvalə olunub.
A.Səmədov 2024-cü ildən yeni təyinata qədər “ŞaurmaN1” restoranlar şəbəkəsində direktor müavini vəzifəsində çalışıb.
O, 2023-2024-cü illərdə "Minera Group"da maliyyə meneceri, 2019-2023-cü illərdə "Azersun" Kağız ve Karton İstehsalat Korporasiyasında baş mühasib, 2016-2019-cu illərdə "Bazaragro"da baş mühasib vəzifələrində çalışıb.
Azər Səmədov