SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Bakı Marafonu 2026 keçirilib - FOTO

“Bakı Marafonu 2026" keçirilib - FOTO

  • 03 may 2026, 15:18
Bakı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2026”ya keçirilib..

Yurd.Media xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Dövlət Bayrağı Meydanında yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub. Yarış Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları