"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC ixracatında 30 faizədək azalma müşahidə olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Yurd.Media-ya bildirilib ki, şirkət bu ilin yanvar-sentyabr aylarında xaricə 30,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 milyon dollar və ya 28,9% azalma deməkdir.
Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 42,6 milyon dollar olmuşdu.