SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azercell İnfocell xidməti ilə balansdan xəbərsiz pul silir: Yaşlı abunəçilər hədəfdə

Azercell "İnfocell" xidməti ilə balansdan xəbərsiz pul silir: Yaşlı abunəçilər hədəfdə

  • 11 avqust 2025, 14:24

Azərbaycanın aparıcı mobil operatorlarından biri olan Azercell-in "İnfocell" adlı xidmətinin son zamanlar abunəçilərin balansında pul silməsi ciddi narazılığına səbəb olub.

Yurd.Media xəbər verir ki, sosial şəbəkə istifadəçiləri qeyd edir ki, bu xidmət vasitəsilə abunəçilərin xəbəri olmadan məzənnə, hava durumu, qoroskop və digər maraqsız məlumatlar qarşılığında gündəlik 10-15 qəpik balansdan silinir.

Ən təhlükəlisi odur ki, bu silinmələr haqqında abunəçilərə heç bir SMS bildirişi göndərilmir, yalnız ekranda ani görünən və dərhal silən bildirişlər vasitəsilə iz itirmə cəhdi edilir.

Araşdırmalar göstərir ki, "İnfocell" xidmətinə qoşulma abunəçinin öz istəyi ilə deyil, ekranda görünən ani bildirişə təsadüfən toxunma nəticəsində baş verir. Bu fırıldağın əsas hədəfi isə texnologiyadan az anlayışı olan yaşlı abunəçilər və balansını mütəmadi yoxlamayanlar olur.

Bir vətəndaşın şəxsi təcrübəsi bu problemi daha aydın göstərir. Elyar İslamoğlu adlı istifadəçinin sözlərinə görə, onun anasının istifadə etdiyi nömrə 2024-cü il fevralın 16-da "İnfocell" vasitəsilə hava durumu xidmətinə qoşulub. İki dəfə şikayət edib xidmətin dayandırılmasını tələb etsə də, 2025-ci ilin iyul ayınadək anasının balansından təxminən 30 manat vəsait silinib.

Nəhayət, Azercell və "İnfocell" rəsmiləri ilə ciddi danışıqlardan sonra, abunəçinin balansından oğurlanan vəsait geri qaytarılıb və üzr istənilib. Lakin bu, problemin sistemli xarakter daşıdığını göstərir.

Prime Leasing