Bu gecə "Azercell"in işində problemlər yaranacaq.
"Azercell Telekom" MMC-dən Yurd.Media-ya bildirilib ki, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 06.08.2026-cı ildə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin ediləcəkdir.