SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Azercell” 2026-cı ilə bəzi xidmətlərin dayandırılması ilə başlayacaq

“Azercell” 2026-cı ilə bəzi xidmətlərin dayandırılması ilə başlayacaq

  • 19 dekabr 2025, 14:11

“Azercell” 2026-cı ilə təqdim etdiyi bəzi xidmətlərinin dayandırılması ilə başlayacaq.

Yurd.Media xəbər verir ki, şirkət tərəfindən qəbul olunan qərara gorə, gələn ilin yanvarın 18-dən etibarən “Bulud Cinema” xidməti ləğv ediləcək, o cümlədən “Simurq” xidməti üzərindən “Shou-biznes”, “Afisha” və “Texno Dünyası” məzmun məlumatlarının təqdim edilməsi dayandırılacaq.

Göstərilən tarix nəzərə alınaraq qeyd olunan məzmun məlumatları üzrə günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət tətbiq ediləcək.

“Bulud Cinema” xidmətinin ləğv ediləcəyi tarix nəzərə alınaraq, xidmət üzrə növbəti aylıq, eləcə də günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət tətbiq ediləcək. Həmin tarixədək xidmətə qoşulmuş istifadəçilər növbəti yenilənmə tarixinədək xidmətdən istifadə edə biləcəklər.//İqtisadiyyat.az

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları