SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycanın dağlıq yolunda qar uçqunu olub

Azərbaycanın dağlıq yolunda qar uçqunu olub

Kəlbəcər

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

"Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları