SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda yaradılan süni intellekt sistemi 98 % dəqiqlik nümayiş etdirir

Azərbaycanda yaradılan süni intellekt sistemi 98 % dəqiqlik nümayiş etdirir

  • 04 noyabr 2025, 20:22

Azərbaycanda yaradılan süni intellekt sistemi artıq 98 % dəqiqlik nümayiş etdirir.

Yurd.Media xəbər verir ki, bunu İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin kommersiya direktoru Salar İmaməliyev bildirib.

Onun sözlərinə görə, bu süni intellekt istifadəçiləri ehtimal edilən cavablarla deyil, etibarlı və hüquqi cəhətdən düzgün nəticələrlə təmin edir.

S.İmaməliyev vurğulayıb ki, ölkədə süni intellektin tətbiqini sürətləndirmək üçün Süni İntellekt Akademiyası yaradılıb:

"Akademiyanın missiyası qabaqcıl dünya təcrübələrini akademik mühitə inteqrasiya etməkdir. Biz təhsilə və tədqiqatlara diqqət yetiririk, eyni zamanda, tədris proqramları MIT, "Stanford", "Harvard" və "Carnegie Mellon" kimi universitetlərin səviyyəsinə uyğun olacaq. Lakin bizim hədəfimiz akademiyadan kənara çıxaraq gündəlik həyatı əhatə edir".

Prime Leasing
SPE Annual Caspian