SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - SƏBƏB

Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - SƏBƏB

  • 13 may 2025, 22:03

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbər şəxsi işdən azad edilib.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib.

Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Ələsgər Həmzə oğlu Əhmədov kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub.