SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycanda kasetli silahlarla edilən hücümların qurbanları ilə bağlı təhqiqat aparılıb

Azərbaycanda kasetli silahlarla edilən hücümların qurbanları ilə bağlı təhqiqat aparılıb

Azərbaycanda kasetli silahlarla edilən hücümların qurbanları ilə bağlı təhqiqat aparılıb.

Yurd.Media xəbər verir ki, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası ərazisində ilk dəfə olaraq kasetli silahlar problemi barədə aparılan təhqiqatda kasetli silahlar probleminin miqyası və qurbanları barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb və çap etdirilib.

Hesabatın bugün keçirilən təqdimat mərasimində İctimai Birliyin sədri Hafiz Səfixanov bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qeyri-texniki tədqiqat (fiziki müdaxilə edilmədən təhlükəli ərazidə partlayıcı sursatların olub- olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər) və texniki tədqiqat (fiziki müdaxilə edilməklə təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər) işləri tam başa çatdıqdan sonra kasetli silahlarla çirklənmənin tam miqyası daha dəqiq bilinəcək.

Beləliklə, bu layihə çərçivəsində Füzuli, Beyləqan, Goranboy, Tərtər, Bərdə rayonlarına və Mingəçevir şəhərinə kasetli silahlarla edilən hücümlar zamanı uşaqlar və qadınların daxil olduğu mülki əhali arasında kasetli silah qurbanlarının olduğu, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin zərər çəkdiyi müəyyən edilib.

Bundan başqa Mingəçevir İstilik Elektrik Stansiyasına və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi əraziyə də kasetli silahlarla hücumların olduğu müəyyən edilib.

Təhqiqat zamanı aparılmış monitorinqlər, rəsmi şəxslərlə və kasetli silah qurbanları ilə keçirilmiş görüşlər və müsahibələr göstərir ki, kasetli silahlarla zərbə endirilmiş ərazilərdə şəxsi heyət, hərbi texnika və ya nəqliyyat vasitələri olmayıb.

Tədbirdə çıxış edən deputatlar vurğulayıblar ki, 44 günlük vətən müharibəsinin başa çatmasına baxmayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk edənə qədər - 2023-cü ilin sentyabr ayındakı antiterror əməliyyatına qədər Azərbaycan ərazisində mina yerləşdirmə əməliyyatları davam etdirilmişdi.

Bildirilib ki, 2022-ci ilin məlumatına görə, Ermənistan özünün 2021-ci ildə istehsal etdiyi 2700-dən çox piyada əleyhinə minaları Laçın və Kəlbəcər rayonlarına yerləşdirmişdi.

Prime Leasing