Azərbaycanda daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb.
Yurd.Media xəbər verir ki, ötən ilin statistik göstəricilərinə əsasən, 3016 nəfər daimi yaşayış yeri kimi Azərbaycanı seçib.
Bununla bağlı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına müraciət daxil olub.
Qeyd olunur ki, daimi yaşamaq üçün Azərbaycanı seçənlərin əsas səbəbləri sırasında ölkədə sabitliyin, təhlükəsizlik mühitinin hökm sürməsi, sosial-iqtisadi imkanların artması dayanır.