SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycanda bu il əlillik təyin olunanların sayı açıqlanıb

Azərbaycanda bu il əlillik təyin olunanların sayı açıqlanıb

  • 09 avqust 2025, 15:16

Bu ilin yanvar-iyul ayları ərzində 32,6 min şəxsə əlillik təyin edilib.

Bu barədə Yurd.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 14,5 min şəxsə ilkin, 18,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Prime Leasing