SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycana qış fəsli daxil oldu

Azərbaycana qış fəsli daxil oldu

  • 21 dekabr 2025, 19:07

Bu gün saat 19:03-də Azərbaycana qış fəsli daxil oldu.

Bakı Dövlət Universitetinin Fizika fakültəsindən Yurd.Media-ya bildirilib ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayıb.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Bugün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları