Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 702 avtobus idxal olunub.
Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
10 ay ərzində ölkəyə gətirilmiş avtobusların ümumi dəyəri 74,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 63,9% çoxdur.