SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycan və Ukrayna SOCAR-ın neft anbarına olunan hücumları pisləyiblər

Azərbaycan və Ukrayna SOCAR-ın neft anbarına olunan hücumları pisləyiblər

  • 10 avqust 2025, 16:48

Azərbaycanla Ukrayna Rusiya tərəfindən qaz kompressor stansiyasına hava zərbələrinin endirilməsini pisləyib.

Yurd.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı müzakirə aparılıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Prime Leasing