SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycan Ordusunun hərbi pilotları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Azərbaycan Ordusunun hərbi pilotları təlim-məşq uçuşları keçiriblər - VİDEO

  • 25 iyul 2025, 17:14

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən Yurd.Media-ya verilən məlumata görə, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Prime Leasing