Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi texnikanın keçidi başlayıb.
Yurd.Media xəbər verir ki, ilk olaraq xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub.
Kolona Vətən uğrunda medalı ilə təltif olunmuş general-mayor Eldəniz Yəhyayev başçılıq edir.
Azərbaycan Ordusunun arsenalına yeni əlavə edilən "Vaşaq" xüsusi əməliyyat vasitələri və "Kobra-2" zirehli tibbi təxliyyə teknikaları nümayiş olunub.
Hərbi paradda silahlanmaya yeni qəbul edilmiş yerli milli müdafiə sənayesinin "Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi hərbi paradda nümayiş edilib.
Həmçinin silahlanmaya yeni qəbul edilən "Hero-120" sərbəst uçan döyüş sursatları və "Kayra" kamikadze tipli suüstu dəniz vasitəsi nümayiş etdirib.