SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilib

Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilib

  • 11 fevral 2026, 17:29

Azərbaycan Mərkəzi Bankına (AMB) "Qrant haqqında" qanuna zidd olaraq əməliyyatlar aparan bankları və digər ödəniş xidməti təchizatçılarını cərimələməklə bağlı yeni səlahiyyət verilib. 

Yurd.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə" 15 fevral 2016-cı il tarixli və "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 23 fevral 2017-ci il tarixli fərmanlarında etdiyi dəyişiklikdə öz əksini tapıb. 

Cərimələr İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq ediləcək. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları