SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Xaricilər belə təxliyə olunur: Azərbaycan-İran sərhədindəki keçid məntəqəsi açıldı - FOTO

Xaricilər belə təxliyə olunur: Azərbaycan-İran sərhədindəki keçid məntəqəsi açıldı - FOTO

  • 14 iyun 2025, 11:12
Astara

Bir qrup xarici ölkə vətəndaşının İrandan Azərbaycana təxliyə olunması üçün Astara sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.

Yurd.Media xəbər verir ki, ilkin mərhələdə İranda olan 6 nəfər xarici ölkə vətəndaşı Azərbaycan vasitəsi ilə təxliyə olunub. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.

Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.

Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.

Prime Leasing