Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC-nin 30 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarına abunə yazılışı başlayıb.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası” QSC-dən bildiriib.
Məlumata görə, proses dekabrın 29-na qədər davam edəcək. Dekabrın 30-da isə qiymətli kağızların yerləşdirilməsi nəzərdə tutulur.
Əvvəlcədən deyildiyi kimi, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onlara illik 7% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.