SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycan Dəmir Yollarına 50 milyon manatdan çox pul lazımdır

"Azərbaycan Dəmir Yolları"na 50 milyon manatdan çox pul lazımdır

  • 22 dekabr 2025, 16:59

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə 50 milyon manatdan çox pul lazımdır.

Yurd.Media xəbər verir ki, ADY 30 milyon ABŞ dolları dəyərində istiqraz emissiyası elan edib. 

Səhmdar cəmiyyəti istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 dollar olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onlara illik 7% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. 

ADY istiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaitlə 7 ədəd magistral lokomotiv alacaq (25,935 milyon dollar), 20 % ƏDV və gömrük rəsmiləşdirilməsi (5,187 milyon ABŞ dolları) xərclərini ödəyəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları