“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlara dividend ödənişi 2024-cü illə müqayisədə çox olacaq.
Yurd.Media xəbər verir ki, bunu ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib.
“Bank bu ilin 9 ayını 261 milyon manatdan çox xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətimizdə 11,2% artım var. İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır. Maliyyə nəticələrimiz səhmdarlara bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan verir”, - deyə o qeyd edib.
Bankirin fikrincə, ABB-nin gəlirliliyindəki müsbət dinamika səhmlərin qiymətinə də təsir edəcək və onları bahalaşdıracaq.