Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-fevral aylarının yekunları ilə bağlı bank icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, yerli banklar 2 ayda 189,7 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,75% çoxdur.
Hazırda ölkədə 22 bank var. Onlardan biri – “Bank BTB” ASC bir qədər əvvəl bank olmayan kredit təşklatına çevriləcəyini elan edib.