SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
AZCON Bakı metrosunun fəaliyyətini daha ciddi “müşahidə edəcək”

AZCON Bakı metrosunun fəaliyyətini daha ciddi “müşahidə edəcək”

  • 25 sentyabr 2025, 15:41

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasına iki yeni üzv qəbul edilib.

Yurd.Media xəbər verir ki, bunlar, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru Toğrul Quluzadə və baş tikinti inzibatçısı – Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədovdur.

Beləliklə, Müşahidə Şurasında üzvlərin sayı 3-dən 5-ə çatdırılıb.

Şuraya AZCON-un icraçı direktoru Şahin Babayev rəhbərlik edir. Şuranın digər üzvləri Holdinqin icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir.

Prime Leasing