SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azad edilmiş ərazilərdə ötən ay 475 mina, 1991 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 475 mina, 1991 PHS aşkarlanıb

  • 02 iyun 2025, 14:52

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Yurd.Media Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, may ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 321 piyada əleyhinə mina, 154 tank əleyhinə mina, 1991 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7440,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları