İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? - AÇIQLAMA

İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? - AÇIQLAMA

  • 24 aprel 2025, 20:34

"Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur".

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib.

Son məlumatlara görə, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.