SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Avtomobillərdən soyğunçuluq edən şəxs ələ keçirildi

Avtomobillərdən soyğunçuluq edən şəxs ələ keçirildi

  • 27 yanvar 2026, 21:32

Bakıda avtomobillərdən soyğunçuluq edən şəxs ələ keçirildi.

Daxili İşlər Nazirliyindən (DİN) Yurd.Media-ya bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində dörd avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları