SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Avtomobil nömrələri yeni dizaynda olacaq - FOTO

Avtomobil nömrələri yeni dizaynda olacaq - FOTO

  • 20 noyabr 2025, 17:08

Azərbaycanda avtomobil nömrələri üçün yeni dizayn tətbiq olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Yurd.Media-ya bildirilib ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi olmayacaq.

Bildirilib ki, bu, dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir:

"Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir".

Qeyd edək ki, nömrələrlə bağlı yeniliklərdən biri də dövlət qeydiyyat nişanlarında çiplərin ləğv edilməsidir.

Prime Leasing
SPE Annual Caspian